Çoban tələb olunur

Şəhər

Samux

Fəaliyyət sahəsi

Sənaye və istehsalat

İxtisas

Digər

İş qrafiki

Tam

İş təcrübəsi

5 ildən artıq

Təhsil

Orta

İş yerinin ünvanı

Samux r.

20 hektar ərazidə yerləşən təsərrüfat üçün məsuliyyətli və təcrübəli ailəvi çoban tələb olunur. Təsərrüfatda qoyunlar mövcuddur və əsas vəzifə onların gündəlik qaydada otarılmasıdır. Əlavə olaraq, 2 baş at və 2 baş inək vardır; inəklər dam şəraitində saxlanılır və onlara yalnız yem (ot) verilməsi tələb olunur. İnəklərdən birinin südündən təsərrüfatda çalışan ailə tərəfindən istifadə edilə bilər; həmin süddən qatıq, pendir və digər süd məhsullarının hazırlanması mümkündür. Namizədə yaşayış üçün hər cür şəraiti olan ayrıca otaq təqdim edilir; otaq su, qaz və elektrik enerjisi ilə təmin edilmişdir. Ərazi təhlükəsizlik kameraları vasitəsilə daimi nəzarət altındadır. Aylıq əməkhaqqı 500 manat təşkil edir. (Razilasmaq olar) İş intizamlı, məsuliyyətli və heyvandarlıq sahəsində təcrübəsi olan ailə üçün nəzərdə tutulmuşdur. Maraqlanan şəxslər əlaqə saxlayaraq ətraflı məlumat əldə edə bilərlər..

47366434

Baxış sayı: 1

500

Royal

Royal